Kolon hhərbi qulluqçuların bir-birinin arxasında düzüldükləri sıradır.
Distansiya hərbi qulluqçular arasında dərinliyə görə məsafədir
Sıranın eni cinahlar arasındakı məsafədir.
Sıranın dərinliyi birinci cərgədən axırıncı cərgəyə qədər olan məsafədir.
İki cərgəli sıra bir cərgənin hərbi qulluqçularının o biri cərgənin hərbi qulluqçularının arxasında bir addımlıq məsafədə düzülüşüdür. Cərgələr birinci və ikinci adlanır. Sıra döndükdə cərgələrin adı dəyişmir.
Açıq sıra hərbi qulluqçuların ön boyu bir xətt üzrə bir cərgə, ya da iki cərgə düzülüşüdür.
Səfər sırası hərbi qulluqçuların kolonda düzülüşüdür.
İstiqamətləndirici göstərilmiş istiqamətdə qabaqda gedən hərbi qulluqçudur.
Axırıncı kolonun axırında hərəkət edən hərbi qulluqçudur.
Komandalar xəbərdarlıq və icra komandalarından, yaxud yalnız icra komandasından ibarət ola bilər.