Hərbi qulluqçu hərbi intizamı pozarsa, ona vəzifə borcu xatırladılır, lazım gəldikdə isə intizam cəzası verilir.
İntizam cəzası da hərbi qulluqçunun tərbiyələndirilməsi və intizamın möhkəmləndirilməsi məqsədilə tətbiq edilir. Burada məqsəd digər hərbi qulluqçuların oxşar hallara yol verməsinin qarşısını almaqdır.
Ərizələr və şikayətlər haqqında
Hər bir hərbi qulluqçu onun haqqında qeyri-qanuni sərəncamlar və ya ona çatası təminatın verilməməsi haqqında şifahi və ya yazılı şikayət edə bilər. Hərbi qulluqçu yalnız öz adından şikayət edə bilər. Başqasının əvəzinə və yaxud qrup halında şikayət vermək qadağandır.
Şikayətçi kimdən şikayət edirsə, şikayəti onun bilavasitə rəisinə verir. Əgər şikayətçi öz hüquqlarının kim tərəfindən pozulduğunu bilmirsə, şikayəti komanda üzrə verir.