Komandirin əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir.
Hər bir hərbi qulluqçu hərbi intizamın və qayda-qanunun bərpası işində komandirə kömək etməyə borcludur.
Hərbi qulluqçular ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlərinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirilirlər.
Həvəsləndirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın möhkəmləndirilməsi üçün mühüm vasitədir.
Həvəsləndirmə xidmətində, davranışında, dürüstlüyündə və hərbi borcunu yerinə yetirərkən fərqləndiyinə görə hərbi qulluqçuya verilən qiymətdir.