6. İNTİZAM NİZAMNAMƏSİ
Yüksək döyüş hazırlığının və döyüş qabiliyyətinin əsas şərti
möhkəm hərbi intizamdır. Silahlı Qüvvələr cəmiyyətimizin
ayrılmaz hissəsidir. Onun hərbi qulluqçuları bütün vətəndaşlar
kimi qanunlara ciddi riayət etməlidirlər.
Bildiyiniz kimi, Silahlı Qüvvələrin sıralarına daxil olarkən
hərbi qulluqçular Vətənə sadiq olmaqla yanaşı, intizamlı
olacaqlarına da and içirlər. Andı pozduqları təqdirdə qanunların
tam ciddiyyəti ilə məsuliyyət daşıyacaqlarını dərk edirlər.
Hərbi intizam dedikdə nə başa düşürsünüz?
Hərbi intizam bütün hərbi qulluqçuların qanunların və hərbi nizamnamələrin
tələblərinə ciddi riayət etməsidir.
Silahlı Qüvvələrimizdə hərbi intizam hərbi qulluqçuların yüksək şüurluluğuna,
vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət
bəsləmələrinə əsaslanır.
Hərbi intizam hər bir hərbi qulluqçunu:
- Konstitusiyanın, Hərbi Andın və Nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə;
- hərbi və dövlət sirlərini möhkəm saxlamağa;
- intizamlı və dürüst olmağa;
Bütün komandirlər hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin
etməyə borcludurlar.
İctimai-siyasi hazırlıq otağı