Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.
Bu Qanun münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycan Respublikasının iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir.
Bu Qanunda sülhməramlı əməliyyatlarda iştirak münaqişələrin qarşısının alınması, həll olunması, nizamlanması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirilən kompleks fəaliyyətin tərkib hissəsi kimi müəyyən edilir.
Azərbaycan Respublikası sülhməramlı əməliyyatlarda iştirakının məqsədəuyğunluğunu, miqyasını və dərəcəsini müstəqil surətdə müəyyən edir.