Hərbi doktrina ölkəmizin milli təhlükəsizliyinin təminatının tərkib hissəsidir. O, təhdidlərin vaxtında aşkarlanması, qarşısının alınması, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair dövlətimizin mövqeyini əks etdirir.
Müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli maraqlarımızın bütün növ təhdidlərdən qorunması dövlətin başlıca vəzifəsidir.
Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə riayət edir, bütün dövlətlərlə dinc və yanaşı yaşamağa səy göstərir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Vətənimizin suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığı ilə mənafeyinin silahlı müdafiəsinə və dövlətə silahlı hücumun qarşısının alınmasına xidmət edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclisin qərarına əsasən cəlb oluna bilər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təminatı dövlət büdcəsi hesabına həyata keçirilir.