Konstitusiyada Silahlı Qüvvələrin yaradılması əsas maddələrdən biridir.
Maddə 9. Silahlı Qüvvələr
Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Maddə 74. Vətənə sədaqət
Vətənə sədaqət müqəddəsdir.
Qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.
Maddə 76. Vətəni müdafiə
Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri bu qanunla tənzimlənir.
Yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli, lazımi sənədləri təqdim etməli və ilkin hərbi qeydiyyata alınmalıdırlar.
İlkin hərbi qeydiyyata alındığınız üçün hazırda sizin üçün çağırışaqədərki hazırlıqla məşğul olmaq hərbi vəzifə hesab edilir.