Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə, öz növbəsində, yay və qış geyimlərinə bölünür.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyinməsi qadağandır.
Xüsusi geyim xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim, xüsusi xidmət formaları, xüsusi texniki, xüsusi peşə, xüsusi iş, istiləşdirilmiş xüsusi, xüsusi yay, xüsusi hospital, xüsusi mülki paltarlardır.
Xüsusi xidmət geyim formasını yeraltı qurğularda döyüş növbəsi çəkən, komendant xidməti, patrul xidməti, qarovul xidməti, sülhməramlı əməliyyatları yerinə yetirən və s. xidməti fəaliyyətdə olan hərbi qulluqçular geyinirlər.
Xüsusi iş paltarını hərbi qulluqçular təsərrüfat, inşaat işlərini yerinə yetirdikdə, müalicə müəssisələrində, yeməkxanalarda işlədikdə, texnika və silahlara qulluq etdikdə, habelə bundan sonra HHQ və HHM qoşunlarının uçuş heyəti uçuşları yerinə yetirdikdə, HDQ gəmi heyəti gəmi səfəri zamanı geyinir.