Vətən müharibəsi dövründə MMQ sığınacaqları və mülki əhali ilə işin təşkili, müharibədən zərər çəkən mülki əhalinin yerləşdirilməsi, axtarış-xilasetmə işlərinin həyata keçirilməsi vəzifələrini yerinə yetirdi. MMQ tərəfindən Gəncə, Bərdə, Ağcabədi rayonlarında mülki əhalinin xilas edilməsi, yerləşdirilməsi təmin edildi, döyüşlər zamanı cəbhəboyu ərazilərdə və azad edilmiş rayonlarda onlarla yanğının qarşısı alındı. MMQ həmçinin müharibə iştirakçılarına və onların ailə üzvlərinə psixoloji dəstək göstərərək reabilitasiya prosesində iştirak etdi.
Mülki Müdafiə Qoşunları üçün xüsusi ixtisaslı ali təhsilli kadrlar Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hazırlanır. Akademiyaya qəbulun qaydaları və tələb olunan sənədlər haqqında ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsindən ala bilərsiniz.