Prezidentin Təhlükəsizlik Xidməti dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini təmin edir, mühafizə olunan obyektlərin qorunmasını, prezident rabitəsinin və xüsusi dövlət rabitəsinin təhlükəsizliyini həyata keçirir.
Döyüş əməliyyatları zamanı və atəşkəsdən sonra ölkəmizdə akkreditasiya* olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrinin Gəncə, Bərdə, Tərtər, Füzuli və Şuşaya səfərlərinin təhlükəsizliyi Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları tərəfindən təmin olunmuşdur.
Prezidentin Təhlükəsizlik Xidməti üçün kadrlar həmin xidmətin Heydər Əliyev adına Akademiyasında hazırlanır.
Qəbul qaydaları haqqında ətraflı məlumatı Akademiyanın rəsmi internet səhifəsindən ala bilərsiniz.