Daxili qoşunların digər bölmələri isə cəbhəyə gedən yolların açıq saxlanması, bütün növ daşınmaların təhlükəsizliyinin təmin edilməsini, işğaldan azad olunmuş ərazilərdə vacib obyektlərin (körpülərin, adminstrativ binaların və s.) qorunmasını və komendant xidmətinin təşkilini uğurla həyata keçirmişdir.
Daxili qoşunlar üçün ali, xüsusi hərbi təhsilli kadrlar Daxili Qoşunların Ali Hərbi Məktəbində hazırlanır.
Qəbulun qaydaları və tələb olunan sənədlərin siyahısı haqqında ətraflı məlumatı daxili qoşunların rəsmi internet səhifəsindən ala bilərsiniz.
Sərhəd qoşunları Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan - İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin işğaldan azad olunmasında sərhəd qoşunlarının hərbi qulluqçuları yaxından iştirak etmişlər.
Dövlət sərhədində xidmət üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrları Dövlət Sərhəd Xidməti Akademiyasında hazırlanır. DSX-nin Akademiyasına qəbul qaydaları və tələb olunan sənədlərin siyahısı haqqında ətraflı məlumatı Dövlət Sərhəd Xidmətinin rəsmi internet səhifəsindən ala bilərsiniz.