Başqa Silahlı Birləşmələr ictimai qaydanın qorunması, dövlət
sərhədinin mühafizəsi, mülki müdafiənin təşkili, dövlət mühafizəsi
obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan
obyektlərin qorunması üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi
üçün yaradılır.
Dövlət təhlükəsizliyinin təmin olunmasında Başqa Silahlı
Birləşmələrin rolunu şərh edin.
Azərbaycən Respublikası Daxili
İşlər Nazirliyinin Daxili Qoşunları
Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin Sərhəd
Qoşunları
Prezidentin
Təhlükəsizlik Xidməti
Fövqəladə Hallar Nazirliyinin
Mülki Müdafiə Qoşunları
dövlətin
mənafeyini, vətəndaşların Konstitusiya hüquq və azadlıqlarını
qoruyur;
mühüm dövlət
obyektlərini, kommunikasiya qurğularını mühafizə edir;
ictimai
asayişi qoruyur;
kütləvi
tədbirlər zamanı ictimai təhlükəsizliyi təmin edir.
44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların Xüsusi
Təyinatlı Dəstələri (XTD) Azərbaycan ordusunun xüsusi
təyinatlıları ilə birgə fəaliyyət göstərirdi. Daxili qoşunların
“Pələng” və “Şahin” xüsusi təyinatlı dəstələri müharibənin ilk
saatlarında Murovdağ istiqamətindəki hakim yüksəklikləri, o
cümlədən Murovdağ zirvəsini işğaldan azad etmişdir. “Bəbir”,
“Əqrəb”, “Kobra”, “Gürzə” və “Pələng” XTD-ləri Cəbrayıl, Füzuli
və Hadrut istiqamətlərində gedən döyüşlərdə rəşadət və
qəhrəmanlıq nümunələri göstərmişdir.
“Bəbir” XTD-nin komandiri, mayor Şixamir Qaflanov
19.10.2020-ci il tarixində Füzuli istiqamətində qəhrəmancasına
şəhid olmuş, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına
layiq görülmüşdür.
Şixamir Qaflanov