Toksiki zəhərlənmələr (Zəhərli heyvanlar dişiləyərkan
zəhərlənmələr)
Arı və ya eşşəkarısı sancarkən dəri bir qədər şişir, bərkiyir,
həşəratın iynəsi orada qalır. Bu həşəratlar bəzən dəstə ilə adama
hücum edir. Bu, ağır zəhərlənməyə, hətta ölümə səbəb ola bilər.
Zəhərli hörümçəklər, əqrəb dişləyərkən onlar neyrotoksik zəhər
ifraz edir ki, bu da tənəffüs mərkəzini iflic edir, qıclığa səbəb
olur. İlk tibbi yardım zamanı həşəratın iynəsi çıxarılır, yerinə
buz qoyulur. Zərərçəkmiş tibb müəssisəsinə çatdırılır
İlan sancmaları zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər,
nəfəsalmanın çətinləşməsinə, yuxululuğa səbəb olur. İlan sancması
zamanı
dərhal təcili yardım çağırmaq lazımdır.
Təcili yardım gələnə qədər:
• Zərərçəkəni dərhal ayaqları bir qədər yuxarı olmaqla uzatmaq və
tam sakitliyi təmin etmək, heç bir halda onu hərəkət etməsinə
imkan verməmək, təcili yardım maşınına qədər xəstəni xərəkdə
aparmaq lazımdır.
• İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan
zəhəri sıxıb çıxarmaq lazımdır. Bunun üçün yara sahəsində dəri
nahiyəsini oradan bir neçə damcı maye çıxana qədər sıxmaq
lazımdır.
• Sonra yaranı təmiz su ilə yuyub, yod və ya brilyant yaşılı ilə
dezinfeksiya etmək, üzərinə steril sarğı qoymaq lazımdır. Ətraf
şişərsə, sarğı bir qədər boşaldılır.
• Zədələnmiş ətrafı (ayağı və ya qolu) hərəkətsiz vəziyyətdə fiksə
etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya
zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin
orqanizmə yayılma sürəti azaldılır.
• Zəhərin sorulma sürətini
azaltmaq üçün sarğının üzərinə buz və ya soyuq kompres
qoyulmalıdır.
• Zərərçəkənə çox miqdarda maye (çay, su), antihistamin və
ağrıkəsici dərmanlar verilməlidir.
İlan sancması zamanı heç bir halda yaranı yandırmaq (isti bir
şeylə və s.), bu yerdə derini kəsmək, sıxacla həmin hissəni
sıxmaq, zərərçəkənə alkoqollu içkilər vermək olmazl