COVİD-19-un geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və qum öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən, bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hissetmə halı müşahidə olunmur. Əksər insanlarda xəstəlik xüsusi müalicə tələb olunmadan sağalma ilə başa çatır.
Zəhərlənmənin əsas səbəbləri qida məhsullarının düzgün saxlanılmaması, istifadə müddəti bitmiş malların qəbulu ola bilər. Zəhərlənmənin əlamətləri ümumi zəiflik, halsızlıq, ürək bulanması, qusma, ishal və bədən hərarətinin qalxmasıdır.
Zəhərlənmə zamanı ilkin yardım kimi nə etmək lazımdır?
İlk növbədə, mədə-bağırsaq yuyulmalı (çoxlu miqdarda sodalı və ya marqanesli su içmək), bağırsaq təmizləyici imalə edilməlidir. Əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərmanını əzib 1 stəkan suda həll edib içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır.