arasındakı sahəyə güclü təzyiq etməklə tənəffüs yollarından suyu
xaric edin;
• Sonra zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı zaman
onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını,
ürəyinin döyünüb-döyünməməsini yoxlayın;
• Əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada
tənəffüs yollarından suyu xaric edən kimi ona süni tənəffüs vermək
lazımdır.
• Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə
yanaşı, ürəyin qapalı masajını da icra edin.
•Əgər zərərçəkən huşunu itirməmişdirsə, tənəffüs yollarından suyu
xaric etdikdən sonra onun əynindəki yaş paltarları çıxarmaq,
bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye
vermək, onu isti bir şeyə bürümək (isti quru paltar geyindirmək),
ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq
lazımdır.
• Zərərçəkənin vəziyyəti hətta yaxşı olsa da, o mütləq həkim
tərəfindən müayinə olunmalıdır.