• Ayaqların donu açıldıqdan sonra zərərçəkənə gəzməyə İcazə
verməyin;
• Huşu aydın olan zərərçəkənə isti çay, isti yemək verin;
• Suluqları deşməyin;
• Zədələnmiş nahiyəni sürtməyin və ona təzyiq göstərməyin, əl ilə
ovuşdurmayın, qarla sürtməyin.
• Bədənin donmuş hissəsini birdən-birə və birbaşa isitmədən
çəkinin (açıq alov, isidilmiş kərpic və s.);
• Dərin donma zamanı donmuş ətrafı hərəkətsizləşdirin;
• Zərərçəkəni mümkün qədər tez xəstəxanaya çatdırın.
Donmadan qorunmaq mümkündür. Kəskin soyuqda düzgün qidalanmaq,
quru və isti geyinmək lazımdır.
Suda boğulma
Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki suda
batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra
bilər. Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından,
paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq
üzünü yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək
lazımdır.
Suda boğulma zamanı ilk tibbi yardım:
• Dərhal “təcili yardım”
çağırın;
• Tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı
paltarları (qalstuk, kəmər və s.) çıxarın;
• Zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla yad
cisimlərdən təmizləyin;
• Sonra sağ dizinizi yerə qoyaraq zərərçəkəni üzüaşağı və qarnını
budunuza söykəməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;
əlinizlə onun kürəkləri