Qarışıq zədələnmələr (Soyuqdan donma zamanı ilk yardım)
Donma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş
verir. Adətən, bədənin açıq yerləri (burun, qulaq) və ətraflar
donmaya məruz qalır.
Donma uzun müddət soyuq temperaturda olduqda baş verir ki, bu
zaman insan orqanizmi bədən temperaturunu tənzimləyə bilmir.
Donmaya sıx və ya nəm ayaqqabı, ayaqların tərləməsi,
hərəkətsizlik, nəm paltar səbəb olur.
Donmada ilk tibbi yardımın əsas
prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan
qorumaqdır.
Zərərçəkən xəstəxanaya bir saat ərzində çatdırılacaqsa, o zaman
aşağıdakı tədbirlər görülməlidir:
• Zərərçəkəni isti otağa aparın;
• Yaş və nəm paltarları, həmçinin bədəni sıxan paltarları, üzüyü,
saatı və s. çıxarın;
• Papiros çəkmək, spirtli içki və qəhvə istifadə etmək olmaz;
• Ağır donma zamanı yardım göstərərkən zədələnmiş yerlə ehtiyatlı
davranın;
• Donmuş ətrafı əvvəl quru əsgi ilə qurudun;
• Don vurmuş hissəni ehmalca temperaturu 20°C olan suya salın.
Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-40°C-ə qədər
qaldırın. Zədələnmiş yer yumşaq, elastik, çəhrayı rəngdə olana və
əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır.
Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər.
• Zədələnmiş nahiyəyə steril quru sarğı qoyun. Sarğı sıx
olmamalıdır;
• Əl və ya ayaq barmaqları donmuşdursa, onların arasına pambıq və
ya tənzif qoyun;