Hərbi təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim prosesidir.
Hərbi təhsil sisteminin əsas məqsədi dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və dünya görüşünə malik olan, xalqını və vətənini sevən, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin qarşısında qoyulan vəzifələri yerinə yetirməyi bacaran kadrların hazırlanmasıdır. Vətən müharibəsində qazanılan qələbə ölkəmizdə hərbi təhsil sisteminin nə qədər yüksək səviyyədə təşkil edildiyini, hərbi kadrların peşəkarlığının yüksək səviyyədə olduğunu deməyə əsas verir.
Hərbi təhsil müəssisələri Milli Müdafiə Universitetinin tərkibinə daxildir.