Qırma yaraları güllə yaralarından fərqli olaraq çox saylı giriş dəlikləri olur. Bütün qırmalar toxumalarda qalır. Yaxın məsafədən atılan qırma yarasında xeyli toxuma zədələndiyindən qanaxma da güclü olur.
Bədbəxt hadisələr zamanı ən çox mexaniki travmalar və onun fəsadı kimi qanaxmalara rast gəlinir. Müxtəlif səbəblərdən qanın öz yatağını tərk etməsinə, yəni damar divarından axmasına qanaxma deyilir. İstənilən güclü qanaxma zamanı əsas təhlükə orqanizmdə qanın kəskin azalması nəticəsində ürək fəaliyyətinin pisləşməsi, bütün həyati vacib orqanların (qara ciyər, böyrəklər, xüsusən də baş beynin) oksigen çatışmazlığından zərər çəkməsidir. Bu zaman beyin damarlarının spazmı və huşun itirilməsi də baş verə bilər. Qanaxmalar üç cür olur: