Odlu silah yaraları güllə, qırma və qəlpə yaralarına bölünür. Odlu silah yaralarının əsas fərqləndirici amili onu törədən güllə və qəlpənin yüksək sürətə malik olmasıdır. Uçmağa başladığı andan güllə və qəlpə hədəfə çatana qədər öz enerjisini müəyyən qədər itirir. Toxumalara daxil olduqdan sonra toxuma müqavimətinə rast gələrək enerjisini toxumalara verərək onları dağıdır. Bəzən toxumalarda müqavimətə rast gəldikdə güllə istiqamətini dəyişir və yara kanalında aralanma əmələ gəlir. Yara kanalının quruluşuna görə odlu silah yaraları üç qrupa bölünür:
Deşib keçən odlu silah yaraları giriş və çıxış dəlikləri olur, giriş dəliyi çıxış dəliyindən kiçik olur.
Kor güllə yaraları yara kanalının yalnız giriş dəliyi olur. Toxumaların müqavimətinə rast gələn güllə öz kinetik enerjisini tam itirdikdə yara kanalının dibində dayanır.
Toxunub keçən yara güllə dəri, dərialtı toxumalardan keçir. Bəzən hətta boşluqların divarını zədələyir, boşluğa isə keçmir.
Qəlpəli yara, adətən, çoxsaylı olur, yara kənarları cırılaraq yaraya paltar hissələri daxil ola bilir.