Alkoqol. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropada spirtli içkilərin istehlakı dünya miqyasında spirtli içkilər üzrə orta istehlakın iki qatına bərabərdir. Böyüklər arasında alkoqoldan istifadə ölüm və əlillik üçün ikinci böyük risk faktoru, gənclər arasında isə ən böyük risk faktoru hesab edilir. Avropada hər il 618 min insan alkoqoldan vəfat edir. Həddindən artıq içki içmək yalnız xəstəliyə deyil, həm də təhsil və iş yerində məhsuldarlığın itirilməsinə, cinayət törədilməsinə və şiddətə səbəb olur.
Narkotik maddələr. Narkotik maddələr tələdir! Bu tələyə bir dəfə düşənin oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu istifadə etməməkdir.
Mərkəzi sinir sisteminə təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə *narkotik maddələr deyilir
Narkotik maddələr insan düşüncəsinə təsir edir və beyni tənzimləyir. Bu tənzimləmə psixoloji və fiziki defektlərlə nəticələnir. Bu o deməkdir ki, narkotik hissləri, əhvali- ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkomanlıq psixi və fiziki asılılıqla müşayiət olunan, yaddaş və təfəkkürü pozan, həyata qarşı laqeydlik yaradan, insanı fiziki və psixoloji cəhətdən məhv edən xəstəlikdir.
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükədir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə, daxili orqanların funksiyasının pozulmasına gətirib çıxarır.
Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Narkotik maddələr satan həmişə yeni alıcı axtarışında olur. İl əzində hər bir narkotik istifadəçisi 4 nəfəri narkotikə cəlb edir. Bunların da əksəriyyəti uşaq və gənclərdir.
Unutma! Narkotik istifadəçiləri çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirmiş olurlar.