Mənəvi sağlamlıq insanın sosial həyatının əsasını təşkil edən mənəvi prinsiplərlə müəyyənləşdirilir.
Sağlam və ruhən inkişaf etmiş insan xoşbəxtdir. O özünü yaxşı hiss edir, öz işindən zövq alır, özünü təkmilləşdirməyə can atır. Ruhən özünü cəmləyir, daxili gözəlliyə nail olur. İnsan o qədər kamil varlıqdır ki, sağlamlığını istənilən vəziyyətdə bərpa edə bilər.