Yadda saxlamaq lazımdır ki, işıq şüalanması meşədə yanğına səbəb olduğundan sığınmaq üçün gec alışan yarpaqlı ağaclardan ibarət sahələrdə daldalanmaq məqsədəuyğundur.
Düşmənin qəfil basqını zamanı əhalinin xeyli hissəsi mühafizə qurğuları ilə təmin edilməyən hallarda müasir qırğın vasitələrindən əhalinin kütləvi mühafizəsini qısa müddətdə təmin etmək üçün sadə daldalanacaqlar həlledici əhəmiyyət kəsb edir.
Sadə daldalanacaqlara üstü açıq və örtülü yarğanlar (oyuq), səngərlər aiddir.
Çoxlu adam olan, yaxud onların yığışacağı ehtimal edilən hər yerdə: bütün müəssisələrin, təşkilatların, idarələrin, kommunal təsərrüfatı obyektlərinin ərazisində, yaşayış sahələrində, köçürmə üzrə toplanış məntəqələrində, stansiyalarda, aeroportlarda, nəqliyyata minmə və düşmə məntəqələrində, aralıq köçürmə məntəqələrində və digər yerlərdə sadə daldalanacaqların tikilməsi nəzərdə tutulmalıdır. Belə daldalanacaqların üstün cəhətləri bundan ibarətdir:
Sadə daldalanacaq 10-50 nəfər üçün nəzərdə tutulur. Daldalanacaqlar, adətən, uçqunlar altına düşməyəcək ərazidəki müxtəlif yerlərdə: şəhərlərin bağçalarında, stadionlarda, geniş həyətlərdə, kənd yerlərində isə bağlarda, bostan yerlərində, geniş küçələrdə düzəldilə bilər. Belə sahələr elə seçilməlidir ki, oranı qar və yağış suları