Fərdi tibbi sarğı paketi yaralara, yanıqlara aseptik sarğı qoyulması və bəzi qanaxmaların saxlanması üçün istifadə edilir. Qoyulmuş sarğı yara səthini (yanıq səthi) təkrar infeksiyadan mühafizə edir və qanaxmanın dayandırılmasını tam təmin edir. Fərdi sarğı paketi hermetik qablaşdırılmış steril bint və 2 ədəd pambıq-tənzif yastığından ibarətdir. Yastıqlardan biri bintin ucuna bərkidilmişdir, digəri isə hərəkətli olur. Belə quruluşa görə dəlib keçən zədələnmələrdə yaranın həm giriş, həm də çıxış dəliyini bağlamaq olur. Yastıqların üstü əllə götürmək üçün rəngli saplarla işarələnir.