Polkovnik Z.Nudirəliyev Azərbaycanın hərb tarixində “Atəş ramı” edən birinci pilot olmaqla yanaşı, 1941-ci ildə sovet hərbi pilotu N.Qastellodan sonra bu addımı atan yeganə pilot oldu.
Hərbi Dəniz Qüvvələri (HDQ) ölkəmizin dənizdən təhlükəsizliyini, dəniz enerji infrastrukturlarının mühafizəsini və su sərhədlərinin qorunmasını təmin edir.
Döyüş əməliyyatları zamanı Quru qoşunları ilə əlaqəli fəaliyyət göstərərək dənizkənarı və sahil zonalarında düşmən qüvvələrinə qarşı birgə mübarizə aparır. HDQ düşmənin sahilə çıxmağa cəhd edən dəniz desantını məhvetmə tapşırığını yerinə yetirir.
44 günlük Vətən müharibəsi zamanı HDQ-nin dəniz piyadaları yüksək şücaət, cəsarət və qəhrəmanlıq göstərərək düşmən müdafiəsinin dərinliklərinə sızaraq onun ehtiyatlarını məhv etmişdir. Həmçinin idarəetmənin pozulmasını təmin edərək qarışıqlıq yaratmış və bir neçə yaşayış məntəqəsinin işğaldan azad edilməsini təmin etmişdir.