Tibbi mühafizə vasitələri. Mülki müdafiənin həyata keçirdiyi kompleks müdafiə tədbirlərində əhalini xüsusi profilaktika tədbirləri və ilk tibbi yardım vasitələri ilə təmin etmək böyük əhəmiyyət daşıyır. Düşmənin kütləvi qırğın silahları tətbiq etməsi zamanı tənəffüs orqanlarının və dərinin müdafiəsi üçün fərdi tibbi vasitələrin fərdi mühafizə vasitələri ilə birlikdə istifadəsi müdafiənin əsas üsullarındandır.
Bunlar havada zəhərlənməni, yaxud xətəryetirən amillərin təsir effektini azaltmaq üçün nəzərdə tutulan tibbi preparatlar, materiallar və xüsusi maddələrdir.
Fərdi dərman qutusunun içərisində yanıqlar, yaralanmalar zamanı (ağrını aradan qaldırmaq məqsədilə) öz-özünə və qarşılıqlı yardım üçün lazım olan, radioaktiv, zəhərli və qəza təhlükəli kimyəvi maddələrin təsirini azaltmaq, aradan qaldırmaq və yoluxucu xəstəliklərin qarşısının alınması üçün lazım olan vasitələr olur.
Əsgərlərə ilk yardım göstərilməsi məsələsinə çox ciddi və diqqətlə yanaşılır. Hər bir döyüşçüyə tibbi-psixoloji təlimlər, ilkin yardım göstərmək qaydalarının öyrədilməsi bu mənada xüsusi önəm daşıyır. Tibbi biliklər olmadan ilk yardım zamanı fərdi dərman qutusundan istifadə yararsız ola bilər.