Ətraf mühitdə zərərli, tənəffüs üçün yararsız maddələr olduqda istifadəçilər geyinərək iş yerlərində öz vəzifələrini yerinə yetirirlər. Qəza-xilasetmə, bərpaetmə və təmir işləri zamanı, eləcə də yanğınsöndürmə və s. xüsusi xidmətlərdə də bu əleyhqazlardan istifadə olunur.
“Tənəffüs orqanlarını müdafiə edən təcridedici fərdi mühafizə vasitələri" ətraf mühitdə oksigenin tərkibindən, eləcə də zərərli maddələrin tərkibindən və miqdarından asılı olmayaraq istifadə oluna bilir.
Təyinatına görə dərinin mühafizə vasitələri xüsusi və əlaltı olur.
Xüsusi mühafizə vasitələrindən Mülki Müdafiə bölmələri istifadə edir.
Dərinin mühafizəsinin əlaltı vasitələri - xüsusi vasitələr olmadıqda bütün əhali, eləcə də bölmənin şəxsi heyəti tərəfindən istifadə olunur.
Təcrid edən materialların mühafizə təsiri onun üzərinə düşən zəhərli maddənin bir neçə müddət ərzində saxlanmasından ibarətdir.
Л-1 (L-1) yüngül mühafizə kostyumu rezinləşdirilmiş parçadan
hazırlanıb və başlıqlı köynək, uzunboğaz corablı şalvar,
ikibarmaqlı əlcəklər və dəbilqə altlığından ibarətdir. Bundan
başqa, kostyumun və ehtiyat bir cüt əlcəyin daşınması üçün
çanta verilir.
Ümumqoşun mühafizə kostyumu - rezinləşdirilmiş
parçadan hazırlanıb,şalvar, gödəkçə (başlığı ilə birlikdə),
beşbarmaqlı rezin əlcəklər və rezin çəkmələrdən ibarətdir.
Dərinin mühafizəsinin süzgəc vasitələri. Süzgəc materiallarının müdafiə fəaliyyəti zəhərlənmiş hava, zəhərli maddələrin buxarı süzücü materiallardan keçərkən parçaya hopdurulmuş xüsusi maddələr tərəfindən saxlanılır.
Dərinin mühafizəsinin əlaltı vasitələri. Bədənin açıq hissələrinin və paltarın qorunması üçün adi rezinləşdirilmiş materialdan olan plaşdan istifadə etmək məqsədəuyğundur. Hətta damcı-maye-zəhərləyici maddədən belə, qısa müddətə də olsa,