Bu vasitələr olmadıqda dəsmaldan, bir neçə qat parçadan və s. istifadə etmək olar. Tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələri iki yerə: süzücü və izoləedici vasitələrə bölünür.
Tənəffüs orqanlarının radioaktiv tozdan, zərərli qazlardan, buxarlardan və aerozollardan qorunması üçün sadə respiratorlar, toz əleyhinə parça maskalar və pambıq-tənzif sarğısı istifadə olunur.
Toz əleyhinə parça maska pandemiya dövründə çox populyar aksesuar idi.
Respiratorların iki tipi mövcuddur. Birincilərin yarımmaskaları və süzücü elementi eyni vaxtda əleyhqazın üz hissəsini təşkil edir, ikincilərin süzücü silindri yarımmaskaya birləşdirilir.