Döyüş əməliyyatları zamanı kütləvi qırğın silahlarının tətbiqi
müasir dövrdə reallığa çevrilmişdir. Bu baxımdan fərdi mühafizə
vasitələrindən düzgün istifadə qaydaları çox vacib şərtlərdən
biri hesab edilir.
Kütləvi qırğın silahlarından mühafizə vasitəsi dedikdə nə başa
düşürsünüz?
Fərdi mühafizə vasitələri (FMV)
tənəffüs orqanlarını, gözləri və dəri örtüyünü buxarlardan,
damcılardan və zəhərləyici maddələrin damcılarından, eləcə də
radioaktiv küldən, xəstəlik törədən mikroblardan və zəhərlərdən
qoruyur. FMV-yə tənəffüs orqanlarını və dərini qoruyan vasitələr
aiddir.
Fərdi mühafizə vasitələri
tənəffüs orqanlarının
fərdi mühafizə vasitələri
dərinin mühafizə
vasitələri
fərdi tibbi
mühafizə vasitələri
Tənəffüs orqanlarını müdafiə edən fərdi mühafizə vasitələri
orqanizmin zərərli və təhlükəli maddələrdən müdafiəsini təmin edən
insanın daşıdığı texniki vasitədir.
Tənəffüs orqanlarını
müdafiə edən fərdi
mühafizə vasitələri