Toksiki kimyəvi maddənin ümumi zəhərli təsiri onun buxarı (dumanı) ilə nəfəs alanda özünü göstərir. Zəhərlənmənin əlaməti ağızda metal dadı, boğazın qıcıqlanması, başgicəllənmə, zəiflik, ürəkbulanma, qıcolma, iflicdir. Onlardan qorunmaq üçün əleyhqaz geyinmək yetər. Zərərçəkənə ilkin tibbi yardım göstərmək üçün zəhər əleyhinə maddəni əleyhqazın şlem-maskasının altına daxil etmək lazımdır. Ağır hallarda zərərçəkənə süni nəfəs verilir və tibb məntəqəsinə göndərilir.
Toksiki kimyəvi maddə dəri-yara təsirli (iprit) geniş təsir dairəsinə malikdir. Damcımaye və buxar vəziyyətində onlar dərini və gözü, onların buxarı ilə nəfəs aldıqda tənəffüs yollarını, ciyərləri, suya və qidaya düşdükdə mədə-bağırsağı məhv edir.
Zəhərlənmənin əlamətləri dərinin qızarması, kiçik suluqların əmələ gəlməsi ilə müşayiət olunur (sonradan onlar böyük suluqlara çevrilir). Bu suluqlar partlayır və çətinsağalan yaralara çevrilir, temperatur yüksəlir.
Qıcıqlandırıcı təsirli zəhərləyici maddə gözlərin, burun-udlağın (burun-boğaz) güclü qıcıqlanmasına səbəb olur. Döyüş konsentrasiyasında (qatılıq dərəcəsində) ölümcül deyil.
Toksiki kimyəvi maddənin psixokimyəvi təsiri spesifik olaraq mərkəzi sinir sisteminə təsir edir (qarabasma, qorxu, ruh düşkünlüyü). Fiziki olaraq karlıq, korluq yaranır. Bədənin zəhərlənmiş hissəsini sabunlu su ilə təmizləmək, göz, burun-udlağı (burun-boğaz) təmiz su ilə əsaslı şəkildə yumaq, paltarı isə silkələmək, yaxud şotka ilə təmizləmək lazımdır. Zərərçəkəni zəhərli zonadan çıxarmaq və ilkin tibbi yardım göstərmək lazımdır.
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub, bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.
Bioloji silahlardan insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir.
Bioloji silahlarda, əsasən, taun, vəba, Sibir yarası, brüselyoz, qarın yatalağı, qrip, malyariya, dizenteriya və s. törədiciləri olan viruslardan, bakteriyalardan, göbələklərdən istifadə olunur.
Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi, hədəfə müxtəlif raket, artilleriya, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş