Toksiki kimyəvi maddələr tətbiq edildikdə insanları və heyvanları böyük ərazidə məhv edən, müxtəlif qurğulara nüfuz edən, su hövzələrini və əraziləri zəhərləyən kimyəvi birləşmələrdir. Onlar damcı-maye, qaz (buxar) və aerozol (duman, tüstü) halında olur. Nəfəs, həzm orqanları, dəri və gözdən nüfuz edərək insanı məhv edir.
Dayanıqlı kimyəvi sursatlar öz məhvetmə qabiliyyətlərini bir neçə saatdan bir neçə günə qədər saxlayır. Onlar asta-asta buxarlanır, atmosferin və rütubətin təsirinə məruz qalmır.
Sinir iflici orqanizmə tənəffüs yolları, dəri vasitəsilə təsir edir. Yayda onlar sutkadan çox, qışda isə həftələrlə, bəzən aylarla təsir edir və insanın məhvi üçün cüzi miqdarı yetərlidir. Zəhərlənmənin əlamətləri ağız suyunun axması, göz bəbəyinin daralması, tənəffüsün çətinləşməsi, ürəkbulanma, qusma, qıcolma, iflicdir. Zəhərlənənə ilkin tibbi yardım göstərmək üçün birinci əleyhqaz geyindirilir, zəhər əleyhinə zərdab vurulur. Sinir iflici tərkibli kimyəvi maddə dəriyə, yaxud paltara düşdükdə zəhərli yer fərdi mühafizə paketindəki maye ilə təmizlənir.
Boğucu təsirli toksiki kimyəvi maddə orqanizmə tənəffüs yolları ilə təsir göstərir. Zəhərlənmənin əlamətləri ağızda xoşagəlməz kəmşirin dad, öskürək, başgicəllənmə, ümumi halsızlıqdır. Zəhərlənmə mənbəyindən çıxdıqda bu əlamətlər keçir, zərərçəkən özünü 4-6 saat ərzində normal hiss edir. Bu müddət ərzində ciyərləri şişir, sonra