Kimyəvi silah ilk dəfə geniş miqyasda Birinci Dünya müharibəsi zamanı tətbiq edilib. Bu yeni silah təsir xarakterinə görə digər silahlardan prinsipial olaraq fərqlənirdi. Buna görə də tezliklə vacib döyüş vasitəsinə çevrildi. 1899-cu il Haaqa bəyannaməsini, 1907-ci il Haaqa konvensiyasının tələblərini pozaraq Almaniya döyüşdə kimyəvi silahın tətbiqinin təşəbbüskarı oldu.
1921-ci ildə Vaşinqtonda ABŞ, İngiltərə, Fransa, İtaliya və Yaponiya zəhərli qazların tətbiq edilməsini qadağan edən razılaşma imzaladı. 1925-ci ildə Cenevrədə zəhərli maddələrin tətbiqinin qadağan olunması barədə protokol tərtib edildi. Amma heç bir ölkə öz arsenalından kimyəvi silahı kənarlaşdırmadı.
Zəhərləyici maddələr tətbiqi zamanı müdafiə olunmayan canlı qüvvəni məhv edən, yaxud onun döyüş qabiliyyətini azaldan kimyəvi birləşmədir. Digər döyüş vasitələrindən fərqi odur ki, hava ilə birlikdə qurğulara, döyüş texnikalarına nüfuz edir və orada olan insanları məhv edir. Öz məhvetmə qabiliyyətini havada, ərazidə, müxtəlif qurğularda uzun müddət saxlayır, külək vasitəsilə uzaq məsafələrə yayılır.
Zəhərləyici maddə toksiki kimyəvi maddələrdən və onları hədəfə çatdıran, tətbiq edən vasitələrdən ibarətdir.
p