HHQ-miz düşmənin HHM vasitələrini, raket komplekslərini, idarəetmə məntəqələrini* canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya qurğularını yüksək dəqiqliklə məhv etməklə ordumuzun qələbəsində xüsusi rol oynamışdır.
“Su-25” hücum təyyarəsi aşağı hündürlükdə istifadə üçün təyin olunmuşdur. Buna görə də vurulma ehtimalı yüksəkdir. Polkovnik Zaur Nudirəliyev yuxarı hündürlükdən nişangah istifadə etmədən, riyazi üsulla bombaatma üsulunu ixtira etmişdir. Vətən müharibəsi zamanı bu üsulu geniş tətbiq etməklə düşmənə ağır zərbələr endirilmişdir.
O, “Su-25" hücum təyyarəsindən lazer güdümlü bombaların atışım reallaşdırmışdır.
Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən Z.Nudirəliyevin təyyarəsi vurulur. Qəhrəman təyyarəçinin xilas olmaq ehtimalı var idi. Eniş edəcəyi halda düşmənin nəzarətində olan ərazilərə enib əsir düşə də bilərdi. Buna görə də