Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə yüksək sürətlə yayılan güclü sıxılmış hava, torpaq, su qatından ibarətdir. Onun zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, havanın sürət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram qüvvə ilə ifadə edilir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən olan məsafədən, yerin relyefindən və s. asılı olur. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar insanları zərbə dalğasının təsirindən qoruyur. Zərbə dalğası özünün yayılması istiqamətində rast gəldiyi binaları, başqa yerüstü tikililəri dağıdır və zədələyir.
İşıq şüalanması nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə olur. İşıq impulsunun ölçü vahidi kal/m2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranmış işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirin qısa müddətdə olmasına baxmayaraq, işıq şüalanması xeyli məsafədə bədənin yanıqlarına, gözlərin korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsi