• meşədə söndürülməmiş kibrit çöpünü və siqaret kötüyünü yerə
atmaq olmaz; meşəyə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı
və digər yanar mayelərlə islanmış material atmaq olmaz;
• meşəyə şüşə qab və şüşə qırıntıları atmaq olmaz. Onlar günəş
şüasının təsirindən yanğına səbəb ola bilər;
• davamlı yanıq iyi, duman şəkilli tüstü, heyvan və həşəratların
narahatlığı və eyni bir istiqamətə təlaşlı hərəkəti meşə
yanğınlarının əsas əlamətləridir. Bu əlamətlərin və ya meşədə
yanğının şahidi olmuşsunuzsa, dərhal olduğunuz yeri tərk edərək
“112” qaynar xəttinə zəng edib yanğın haqqında məlumat
verməlisiniz;
• meşədə yanğın sizi yaxalamışsa, üzünüzü və başınızı üst geyimi
ilə örtərək yanğın zonasından kənarlaşın və küləyin istiqamətinin
əksinə doğru hərəkət edin;
• yanğın zonasından çıxa bilmirsinizsə, tezalışan materialdan olan
paltarınızı əyninizdən çıxarın. Yaxınlıqdakı göl və su hövzəsinə
girin və ya paltarınızı isladın. Üzünüzü çoxqatlı yaş parça
sarğısı ilə örtün.
Kütləvi xəstəliklər:
epidemiya; epizootiya; epifotiya
İnsanların infeksion (yoluxucu) xəstəlikləri
Epidemiya (yunan dilində epi "üst, yuxan" və demos "insanlar" deməkdir) insanın
hər hansı bir infeksion, yaxud invazion xəstəliyinin məlum ərazidə adi (sporadik)
xəstələnmə səviyyəsindən xeyli artıq yayılması, tez vaxtda geniş yayılan xəstə