Daşqınlar, subasmalar - çaylarda, göllərdə, dənizlərdə su səviyyəsinin qalxması nəticəsində yerin xeyli ərazilərinin müvəqqəti olaraq su basmasıdır.
Bütün fəlakətlər arasında təkrar olunma sayına görə, ərazinin əhatə dairəsinə görə və illik iqtisadi ziyanın həcminə görə daşqınlar ön yeri tutur. Bəzi hallarda daşqınlar sürüşmələrə, çöküntülərə, sel axınlarına səbəb olur. Hidroloji proqnoz aparmaqla, daşqınları proqnoz etmək olar. Su basmış sahələrdən və dəymiş ziyandan asılı olaraq daşqınlar kiçik, böyük, mühüm və faciəli olur.
Kiçik daşqınlar düzənlik çaylarına xarakterikdir. Onların dövrülüyü 10-15 ildən bir olur. Bunun nəticəsində alçaqda yerləşən torpaqların 10%-dən çoxunu su basır. Kiçik daşqınlar insan qurbanları və maddi itkilərlə əlaqədar deyil.
Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına gətirir. Bu zaman qiymətli əşyaların və insanların qismən köçürülməsi həyata keçirilir. Böyük daşqınlar kənd təsərrüfatı sahələrini basmaqla, xeyli maddi və mənəvi zərər vurur. Bu növ daşqınlar 20-25 ildən bir baş verir.
Mühüm daşqınlar bütöv çay hövzələrini əhatə edir. Çox böyük maddi və mənəvi xətər yetirməklə şəhər və kənd ərazilərində təsərrüfatın fəaliyyətini pozur. Su basmış zonalardan kütləvi köçürülmə tədbirləri həyata keçirilir. Mühüm daşqınlar 50-100 ildən bir təkrar olunur və kənd təsərrüfatı sahələrinin 70% su altında qalır.
Faciəli daşqınlar - bir və yaxud bir neçə çay sisteminin geniş sahələrini su basır. Çox böyük insan qurbanları və maddi itkilərlə xarakterizə olunur. Faciəli daşqınlar 100-200 ildən bir baş verir və 70% artıq kənd təsərüffatı sahələri, şəhərlər, yaşayış məntəqələri, sənaye müəssisələri, yollar, kommunikasiyalar su altında qalır.
Meşə yanğınlarının böyük qismi insanların meşədə iş və istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Buna görə də meşədə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır: