Hidroloji təhlükəli təzahürlər: sunami; daşqınlar, subasmalar
Sunami təhlükəli təbiət hadisəsi olduğundan onunla bağlı təhlükəsizlik qaydalarını bilmək vacibdir.
Sunaminin əlamətləri:
Zəlzələ sunami təhlükəsi haqqında xəbərdarlığın təbii siqnalıdır. Sunamidən əvvəl, bir qayda olaraq, su sahildən yüz metrlərlə, bəzən kilometrlərlə geri çəkilir. Bu çəkilmə bir neçə dəqiqədən yarım saata qədər davam edə bilər.
Sunami sualtı, yaxud sahilboyu zəlzələ nəticəsində əmələ gələn dalğalardır. Formalaşmış sunami 1000 km/saat sürətlə bir neçə min km qədər genişlənir. Başvermə ərazisində dalğaların hündürlüyü 5 m-ə çatır, dayaz yerlərdə dalğaların hündürlüyü 50 m-ə qədər yüksələ bilir. Nəhəng su kütləsi sahilə çırpılır, subasma, dağıntılar meydana gəlir.