Meteoroloji təhlükəli təzahürlər
Güclü küləklər
Külək havanın yüksək
təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzərində
üfüqi istiqamətdə hərəkətinə deyilir.
Fırtına dənizdə iri dalğaların əmələ
gəlməsinə, quruda dağıntılara səbəb olan saatda 75-117 kilometr
sürətli güclü küləkdir.
Qasırğa sürəti saatda 118 kilometr və
daha artıq olan güclü (dağıdıcı) küləkdir.
Burağan havanın sütun və ya qıf
formasında burulğanlı hərəkətidir. Burağanda hava orta hesabla
saatda 300 kilometr sürətlə 1000-1500 metr hündürlükdə hərəkət
edir.
Güclü küləklər dağıntı və tələfata səbəb olduğundan aşağıdakı qaydalara əməl
edilməlidir.
Bu təbiət hadisələri ilə bağlı davranış qaydaları:
• qapı və pəncərələri bərkidin, kağız zolaqlar yapışdırmaqla pəncərənin küləyin
təzyiqinə davamlılığını artırın;
• evdə 2-3 günlük ərzaq, su, vacib dərman ehtiyatı və müstəqil işıq mənbəyi
(fənər, şam, neft lampası) yaradın, yanacaq tədarük edin;
• içəri otaqlardan birini daldalanmaq üçün hazırlayın, bütün ehtiyat ləvazimatlarını
oraya yığın.
Güclü qasırğa və burağan zamanı:
• qasırğa vaxtı evdəsinizsə, soba və elektrik cihazlarını söndürün, qazı bağlayın;
• əvvəlcədən hazırlanmış içəri otağa və ya dəhlizdə pəncərəsi olmayan bir yerə
keçin;
• fəlakət barədə rəsmi orqanların ən son məlumatlarını izləyib tövsiyələrə əməl
edin;
• qasırğa sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı tikili, körpü, estakada,
sənaye müəssisəsi, çay və dəniz sahilinə yaxınlaşmayın, elektrik dirəyi və
məftillərin, hündür ağacların altında dayanmayın;
• dərhal yaxınlıqdakı binaların zirzəmilərində, möhkəm tikililərdə daldalanmağa
çalışın;
• üzünüzü küləyin ətrafa atdığı daş və şüşə parçalarından faner, karton və ya