Sel və daşqın
Sel dağlardan gələn, özü ilə çoxlu qum, gil, çınqıl, daş, ağac parçaları
gətirən qarışıq su axınıdır.
Daşqın dənizdə, göldə, çayda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində ətrafı su basması deməkdir.
Sel və daşqına necə hazır olmalı?
Əgər yaşadığınız ərazi tez-tez sel və daşqına məruz qalırsa:
• yaxınlıqda olan su basmayan yüksəkliklərin yerini və oraya gedən ən qısa
yolları əvvəlcədən öyrənin;
• içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və
isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın.
Sel və daşqın zamanı nə etməli?
• təhlükə yarandıqda və təxliyə haqqında göstəriş verildikdə əvvəlcədən müəyyənləşdirilmiş
təhlükəsiz əraziyə gedin;
• hazırladığınız ehtiyat çantasını götürməyi unutmayın;
• evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün, qapı
və pəncərələri möhkəm bağlayın;
• vaxt imkan verirsə, vacib saydığınız əşyaları evin yuxarı mərtəbəsinə və ya
çardağa qaldırın, həyətdə suyun apara biləcəyi zəruri əşyaları yerindəcə bərkidin
və ya təhlükəsiz yerə yığın;
• ev heyvanlarını sərbəst buraxın;
• korlana biləcək əşyaları zirzəmidən çıxarıb təhlükəsiz yerə yığın;
• evi tərk edə bilmədikdə, yardım gələnədək, yaxud suyun səviyyəsi enənədək
yuxarı mərtəbədə və ya çardaqda qalın;
• gündüz taxta parçasına bağlanmış aydın görünən parça, gecə isə işıq və ya
səs vasitələri ilə yardım üçün siqnal verin;
• xilasedicilərin göstərişlərini sözsüz yerinə yetirin;
• su basmış ərazini müstəqil olaraq yalnız təcili yardım ehtiyacı, suyun səviyyəsinin
sürətlə qalxması, xilasedicilərin gəlməsinə ümid olmadıqda tərk edə
bilərsiniz;
• suda rahat hərəkət etmək üçün ağır və dar geyimləri çıxarın;
• yardım gələnədək suyun üzərində qalmağa imkan verəcək batmayan əşyadan
yapışın (avtomobil şini, taxta əşya və s.);
• suyun axını istiqamətində üzün, qüvvənizə qənaət edin.
Sel və daşqından sonra nə etməli:
• su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıda bilərsiniz;