Vətən müharibəsi Qəhrəmanı Anar Əliyev Günnüt əməliyyatında
döyüşlərdə qərəmanlığı ilə fərqlənmişdir. Zəngilanın azad
edilməsi əməliyyatlarının rəhbərlərindən biri kimi şəhərin azad
edilməsini Ali Baş Komandana məruzə etmişdir.
Xocavənd-Şuşa istiqamətində Azərbaycan ordusunun Şuşaya daxil
olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, Tuğ
kəndini azad edən XTQ-nin bölmənin komandiri olmuşdur.
Hərbi Hava Qüvvələri (HHQ)
Bu gün ən müasir hava hücumundan müdafiə sistemləri, raket
kompleksləri, silahlı, silahsız və “Kamikadze* Pilotsuz Uçuş
Aparatları (PUA), təyyarə və helikopterlə arsenalını
zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə
Qoşunları Vətənimizin səmasını qorumağa qadirdir.
KAMİKADZE
yapon sözü olub, "kami" (ilah), "kadze" (külək) sözlərinin
birləşməsindən götürülüb, mənası "ilahi külək" deməkdir. Bu,
1274 və 1281-ci illərdə monqol xanı Kubilayın Yaponiyanı ələ
keçirmək üçün göndərdiyi donanmanı məhv edən, daşqınlara, böyük
dəniz dalğalarının yaranmasına səbəb olan küləyə verilən addır.
HHM qoşunlarımız Vətən müharibəsində düşmənin 5 ədəd Su-25 tipli
döyüş təyyarəsini, 22 ədəd PUA-nı, çox sayda “Elbrus”, “İsgəndər”,
“Toçka U” tipli ballistik raketlərini havada məhv etmişdir.