• temperaturu 700°-dən yüksək olan, tərkibi qaya parçalarından,
qumdan, küldən və s. ibarət qaynar lavanın yüksək sürətlə yamacla
aşağı axaraq kilometrlərlə məsafəni qət etməsi;
• partlama dalğası və qırıntıların tullanması;
• 15-20 km hündürlüyə yüksələn qaz və kül buludu;
• yüksək sürətlə axan, yüz kilometrlərlə yol qət edən, yüzlərlə
km2 sahəni bürüyən su və daşlı lil axını.
Vulkan püskürərkən lavanın dilinin yaxınlığında qalmaq olmaz,
başı, bədəni küldən, daşdan qorumaq, su quyularını örtmək, ağız və
burunu tənzif sarğı ilə bağlamaq lazımdır. Vulkan püskürmələrindən
ən etibarlı qorunma - yaşayış yerini fəaliyyətdə olan vulkanlardan
uzaqda seçməkdir.
BİLİRSİNİZMİ?
1883-cü ildə İndoneziyada Karakatau vulkanının püskürməsi zamanı tarixdə ən güclü
gurultu əmələ gəlmişdir. Gurultu vulkandan 4800 km məsafədə eşidilmişdir. Vulkanın
gücü Xirosima və Naqasakiyə atılan atom bombasından 10 min dəfə güclü olmuşdur.
Püskürmədən sonra 30 m hündürlüyündə sunami baş vermiş və bunun nəticəsində
295 şəhər və kənd yer üzündən silinmiş, 36 min insan həlak olmuşdur.
Geoloji təzahürlü hadisələr
torpaq sürüşməsi
sel və daşqın
qar uçqunları
Torpaq sürüşməsi
Torpaq sürüşməsi - torpaq və dağ süxurlarının öz ağırlığı altında dağ
və dərələrin yamacları, dəniz və göllərin dik sahilləri boyu aşağıya doğru
hərəkətinə deyilir. Torpaq sürüşməsi insan həyatı üçün təhlükəli olduğundan
hər birimiz bununla bağlı təhlükəsizlik qaydalarını bilməliyik.
Sürüşmə qrunt sularının çoxalmasından, bitki örtüyünün dəyişməsindən və ya
məhv edilməsindən, aşınmadan, silkələnmədən baş verə bilər.
Torpaq sürüşməsinə hazırlıq
Əgər siz sürüşmə təhlükəli ərazidə yaşayırsınızsa:
• içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və
isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
• sürüşmə təhlükəsi olan sahənin hüdudları barədə məlumatlı olun;