Zəlzələ əlamətləri hiss olunduqda cəld, soyuqqanlı və təlaşsız davranmaq lazımdır. Evi tərk etməzdən öncə qızdırıcı cihazları və qazı söndürərək zəruri əşyaları, sənədləri götürərək küçəyə çıxmaq lazımdır. Küçədə binalardan mümkün qədər tez uzaqlaşaraq parklara, meydanlara, tikili olmayan yerlərə gedilməlidir.
Zəlzələ zamanı şüşə qırıqlarından, ağır əşyalardan özünü qorumaq üçün binaların pəncərələrindən uzaq, daxili əsaslı divara isə yaxın durmaq lazımdır.
Zəlzələ baş verəndən sonrakı ilk bir neçə saat ən təhlükəli vaxt hesab olunur. Ona görə də təkanlardan sonra, ən azı, 2-3 saatdan tez binaya girmək olmaz.
İnsan üçün təhlükəli hallar aşağıdakılardır:
• sürəti 100 km/saata çatan isti lava axınının onlarla km yol qət edərək yüzlərlə km2 ərazini bürüyüb öz yolunda hər şeyi yandırması;