Terror - insanların həlak olması, onların sağlamlığına zərərin və əmlaka əhəmiyyətli ziyanın vurulması və ya başqa ictimai təhlükələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər, habelə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir. Terrorun ən çox rast gəlinən formaları terrorla hədələmə, sui-qəsd, girov götürmə, eləcə də partlayıcı qurğulardan, kimyəvi, bioloji, nüvə və radioloji silahlardan istifadədir. İşğalçı Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 11-də Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb. Ermənistanın Azərbaycanın mülki əhalisinə, xüsusilə uşaqlara qarşı terroru bağışlanmazdır.