Qəza baş veribsə:
• qəza zamanı qatar sürətli hərəkət edirsə, oturaraq önə əyilib
iki əlinizlə başınızın arxasından tutaraq oturacağa möhkəm
sıxılın. Bu zaman ayaq üstəsinizsə, möhkəm dayanıb tutacaqdan
tutun;
• qəza zərbəsindən sonra arxayınlaşmayın, təhlükənin sovuşduğuna
əmin olanadək əzələlərinizi gərginlikdə saxlayın;
• “112” qaynar xəttinə məlumat verin;
• qəzadan sonra qapı və ya pəncərə - qəza çıxışı vasitəsilə və ya
zərurət yarandıqda küt əşya ilə vaqonun pəncərəsini sındırmaqla
qatarı tərk edib təhlükəsiz əraziyə çəkilin;
• mümkündürsə, uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər
insanlara yardım edin;
• qatarı tərk edərkən sənədləri və vacib əşyaları götürməyi
unutmayın;
• qəza zamanı ətrafa yanacaq dağılmışsa və ya elektrik xətləri
qırılıb yerə düşmüşsə, bunlardan mümkün qədər uzaq durun.
Hava nəqliyyatında hadisə (qəza)
Təyyarənin hər hansı hissəsinin, o cümlədən mühərriklərin sıradan
çıxması, yanacaq çatışmazlığı, idarəetmə, elektrik təminatı və
əlaqə sistemlərinin pozulması, ekipaj üzvləri və ya sərnişinlərin
ehtiyatsızlığı və s. hallar aviasiya qəzalarına səbəb ola bilər.
Hava nəqliyyatından istifadə zamanı sərnişinlərin təhlükəsiz
davranış qaydalarını bilməsi vacibdir. Odur ki uçuşdan əvvəl qəza
təlimat kartı ilə diqqətlə tanış olmalı, qəza zamanı təyyarə
bələdçiləri və ya heyət üzvlərinin təlimatlarına mütləq əməl
olunmalıdır.
Təyyarədə yanğın zamanı nə etməli:
• ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən
qorunun;
• salonda hərəkət etmək mümkün deyilsə (keçid tutulmuşdursa), oturacağı
arxaya əyərək ona söykənin;
• təyyarə dayanandan sonra dərhal döşəməyə əyilərək ən yaxın çıxışa gedin -
açıq yanğın və ya güclü tüstülənmə olan çıxışdan istifadə etməyin;
• təyyarədən çıxan kimi ərazidən uzaqlaşıb, mümkün partlayışdan qorunmaq
üçün üzü üstə yerə uzanaraq əllərinizlə başınızı arxadan qoruyun.
Qəza enişi zamanı və ondan sonra nə etməli:
• təhlükəsizlik kəmərini bağlı saxlayın;
• yanğın yoxdursa, təyyarə tam dayananadək yerinizi tərk etməyin və əzələlərinizi
mümkün qədər gərib, ağır yüklənməyə hazır olun;