• təhlükəsizlik üçbucağı və qəza işıqlarından istifadə etməklə
ətrafdakıları xəbərdar edin;
• qəza ciddidirsə, “112” qaynar xəttinə məlumat verin;
• qəza kiçik olsa belə, “102” qaynar xəttinə məlumat verin;
• xəsarət alan varsa, təcili yardım çağırın;
• qəza nəticəsində avtomobilin alışma ehtimalı olduğundan
vəziyyəti dəqiq qiymətləndirin;
• qapıları açmaq mümkün deyilsə, pəncərəni açaraq və ya sındıraraq
avtomobili tərk edin;
• qəza ciddidirsə, mümkün yanğın və ya partlayışdan qorunmaq üçün
maşını tərk edərək ərazidən uzaqlaşın.
Avtomobil suya düşən zaman nə etməli:
• avtomobil suya düşdükdə dərhal təhlükəsizlik kəmərini açın və
vaxt imkan verirsə, artıq geyimlərdən azad olun, vacib
sənədlərinizi və pulunuzu götürün;
• əgər avtomobil hələ tam batmayıbsa və suyun üzərindədirsə,
qapını açıb avtomobildən çıxın;
• əgər avtomobil batırsa, nəzərə alın ki, qapı açıldıqda avtomobil
sürətlə bata bilər. Bu səbəbdən, həm də su avtomobilin elektrik
sistemini sıradan çıxardığından küləyə qarşı ön və ya arxa alın
pəncərələri (“podpres”) sındıraraq maşını tərk edin və cəld suyun
üzərinə qalxın.
Dəmir yolu nəqliyyatında qəzalar
Dəmir yolu nəqliyyatında qəzalar daha çox qatarın relsdən çıxması, maneələrlə
qarşılaşma, vaqonlarda baş verən yanğın və partlayışlar nəticəsində rast gəlinir. Bu
qəzalar insan sağlamlığı və həyatı üçün çox təhlükəli olduğundan belə nəqliyyat
növündən istifadə edərkən təklükəsizlik qaydalarını bilmək vacibdir.
Profilaktik tədbirlər:
• özünüzlə qatara partlayış təhlükəli və yanar maddələr götürməyin;
• vaqonda yerləşən kimi qəza çıxışlarının yerini öyrənin;
• yaxınlıqdakı odsöndürücü vasitənin yerini müəyyən edin;
• yüklərinizi nəzərdə tutulmuş yerlərdə səliqəli şəkildə yerləşdirin;
• yalnız müəyyən olunmuş yerlərdə siqaret çəkin;
• qatar hərəkət edərkən bayır qapıları açmayın və pillələrdə durmayın;
• zərurət olmadıqda “stop-kran”dan (qatarı qəfil saxlamaq üçün vasitə) istifadə
etməyin;
• yadda saxlamaq lazımdır ki, hətta qəza zamanı belə qatarı körpü üzərində,
tuneldə və təxliyyə işini çətinləşdirən digər yerlərdə saxlamaq olmaz;
• rezin və ya tüstü qoxusu hiss etdikdə dərhal qatar bələdçisini xəbərdar edin.