Kimyəvi qəza zamanı:
• xəbərdarlıq siqnalından dərhal sonra radionu və ya televizoru
işə salın və rəsmi orqanların göstərişlərini yerinə yetirin;
• zəhərlənmədən qorunmaq üçün tənəffüs yollarını əleyhqaz və ya
zəhərli maddəni zərərsizləşdirən məhlulda (xlor qazına qarşı soda
məhlulu, ammonyak və onların törəmə birləşmələrinə qarşı üzüm
sirkəsi və ya limon turşusu) isladılmış çoxqatlı tənzif və ya
tibbi maska ilə mühafizə edin;
• təhlükəli ərazini tərk edənədək fərdi mühafizə vasitələrini
çıxarmayın;
• qaz və elektrik cihazlarını şəbəkədən ayırın;
• ehtiyat çantasını özünüzlə götürün;
• mümkündürsə, rezin çəkmə və plaş geyinərək ərazini küləyin əksi
istiqamətində tərk edin;
• yardıma ehtiyacı olanlara kömək edin;
• zəhərlənmiş ərazidən çıxdıqda mütləq aidiyyəti qurumlar
tərəfindən təşkil olunmuş sanitar təmizləmədən keçin.
Qəzadan sonra təhlükəli ərazini tərk edə bilmisinizsə:
• çox miqdarda maye (süd, su, çay və s.) qəbul edin;
• göz damcısı (albisud) ilə gözlərin selikli qişasını
təmizləyin;
• mümkün qədər tez duş qəbul edin.
Nəqillyat qəzaları
Avtomobil qəzaları
Dəmiryolu yolu nəqliyyatında qəzaları
Hava nəqliyyatında hadisə (qəza)
Su nəqliyyatında qəza
Avtomobil qəzaları
Avtomobil qəzaları zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl
etməklə həyatı təhlükələrdən xilas ola bilərik.
Qəza zamanı nə etməli:
• qəza zamanı, ilk növbədə, başınızı qoruyun;
• avtomobili idarə edirsinizsə, sükandan möhkəm tutaraq oturacağa
sıxılın;
• ön oturacaqda əyləşmisinizsə, oturacağa möhkəm sıxılıb
əllərinizlə başınızı qoruyun;
• arxa oturacaqda əyləşdikdə aşağı əyilib əllərinizlə başınızı
qoruyun;
• yanınızda uşaq varsa, onu bədəninizə sıxıb qoruyun.
Qəzadan sonra nə etməli:
• təşvişə düşməyin və sakitliyinizi qoruyun;