Hidrodinamik qəzaların təhlükəli nəticələri:
- dağıdıcı dalğa;
- yerli subasmalar.
Hidrodinamik qəzalar zamanı subasmaya görə ərazilərik! risk
zonasına bölünür:
- fəlakət ərazisi;
- təhlükəli subasma ərazisi
Fəlakət ərazisi həmin hidrotexniki qurğudan 6 km radiusda xeyli
sayda canlının məhv olduğu, bina və digər qurğuların dağıldığı
ərazidir.
Təhlükəli subasma ərazisi isə fəlakət ərazisindən 6 km-dən 70
km-dək radiusda olan ərazidir.
Hidrodinamik qəzalar zamanı davranış qaydaları:
• daha yüksək ərazilərə qalxmaq üçün əvvəlcədən bir neçə mümkün
qısa marşrut müəyyən edin;
• içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər,
pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında
saxlayın;
• elektrik və qaz cihazlarını xətdən ayırın, qapı-pəncərələri,
ventilyasiya sistemlərini və s. qurğuları bərk bağlayın;
• ev heyvanlarını sərbəst buraxın;
• əvvəlcədən müəyyən etdiyiniz daha yüksək əraziyə yollanın.
Əgər subasma qəflətən baş veribsə:
• subasmadan qorunmaq üçün evin çardağına, binanın yuxarı
mərtəbəsinə və s. qalxın;
• elektrik təchizatını dayandırın, xilasedicilərə rəng və işıq
siqnalları ilə (gündüz əlvan rəngli parça, gecə işıq və səs
vasitələri) yerinizi bildirin;
• mümkün qədər qida və içməli su ehtiyatı hazırlayın (məişətdə
istifadə olunan ümumi xətlərdən gələn su çirklənmiş ola bilər);
• daşqın suyuna düşmüş qida məhsullarından istifadə etməyin;
• su basmış ərazini müstəqil olaraq təcili yardım ehtiyacı
yarandıqda, suyun səviyyəsi sürətlə qalxdıqda və xilasedicilərin
gəlməsinə ümid olmadıqda tərk edə bilərsiniz.
Kimyəvi qəzalar
Zəhərli kimyəvi maddələrin emalı, daşınması, saxlanması və
istifadəsi zamanı müxtəlif miqyaslı qəzalar baş verir. Belə
qəzalar, adətən, kimya, neft-kimya, neft emalı, ət-süd sənayesi,
soyuducu kombinatlar, su anbarları, kimyəvi maddələr saxlanılan
anbarlar, hərbi sursatların saxlanc yerləri, kimyəvi maddələr
daşıyan nəqliyyat vasitələri və s.-də baş verə bilər. Kimyəvi
zəhərlənmədən qorunmaq üçün aşağıdakı təhlükəsizlik qaydalarını
bilmək vacibdir. V