Dəm qazı təhlükəsi
Dəm qazı ölüm təhlükəsi yaradır!
• qaz cihazı saz və standartlara uyğun olmalı;
• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
• tüstü bacaları ildə iki dəfə təmizlənməli
Yadda saxlayın! Dam qazı iysizdir, hiss edilmir.
Hidrodinamik qəzalar
Hidrodinamik qəza - hidrotexniki qurğunun, yaxud onun bir hissəsinin dağılması
zamanı nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması nəticəsində
yaranan fövqəladə haldır. Potensial təhlükəli hidrotexniki qurğulara su anbarları, su
bəndləri, iritutumlu kanallar, suburaxıcılarvə şlüzlər aiddir.
Hidrotexniki qurğuların dağılması təbii fəlakətlər və ya insan fəaliyyətinin təsiri
nəticəsində baş verə bilər.
Hidrodinamik qəzalara səbəb olan insan fəaliyyəti növləri:
• hidrotexniki qurğuda konstruktiv elementlərin qüsurları;
• hidrotexniki qurğunun istismar qaydalarının pozulması;
• suaşıran qurğunun az həcmdə su buraxması və bəndin üzərindən suyun
daşması;
• normadan artıq su axını;
• suötürücülərin nasazlığı;
• diversiya aktları