1. Addımını ölç.
Addımın uzunluğunu ölçmə düsturu
U = (H/4) + 0,37
U - bir addımın uzunluğu metrlə
H - insanın boyu metrlə
Məsələn, əgər insanın boyu 1,72 m olarsa,
onda onun addımının uzunluğu
U = (1,72/4)+ 0,37 = 0,8 m
2. Peyk görüntüsündən istifadə edərək aşağıdakı cədvələ əsasən yaşadığınız yerdən
oxuduğunuz məktəb istiqamətində hərəkət sxemini hazırlayın.
3. Səmtlənmə bucaqları necə istifadə edilir?
4. Zirehli texnikaların və radiostansiyaların kompasın işinə təsirinin ərazidən asılı
olmasını necə izah edə bilərsiniz?
5. İnsanın bir ayağı ilə atdığı addım digər ayağın addımından kiçik olduğu üçün
özündən asılı olmayaraq hərəkət istiqamətindən kənara çıxır. Bunu əməli olaraq
məktəbin həyətində öz üzərinizdə sınaqdan keçirin.