Adrianov kompası ilə maqnit azimutunu təyin etmək üçün üzü yerli obyektə (hədəfə) doğru dayanmaq, kompası əldə üfüqi vəziyyətdə tutmaq, əyləci buraxaraq əqrəbi sərbəst vəziyyətə gətirmək, kompası üfüqi müstəvidə döndərərək limbin sıfır bölgüsünü əqrəbin şimal ucunun qarşısına gətirmək, fırlanan qapağı çevirərək gəz və arpacıqdan yerli obyekti (hədəfi) nişan almaq, arpacığın qarşısındakı hesab göstəricisinə əsasən şkala üzərində uyğun gələn bölgünün qiymətini oxumaq lazımdır.
Bölgünün qiyməti verilmiş istiqamətin maqnit azimutudur.
Düz azimut 180°-dən az olduqda tərs azimutu tapmaq üçün onun üzərinə 180° əlavə edilir, çox olduqda isə 180° çıxılır. Verilmiş şəkildə 55°-yə tərs azimut 235°-yə bərabərdir.